Steam Azərbaycan

http://targetium.net/evrika2/wp-content/uploads/2022/04/curve_laptop.png

Steam

STEM təhsil dedikdə elə inteqrativ təhsil nəzərdə tutulur ki, burada fənlərarası biliklər və tətbiqi yanaşmalar birləşdirilir, tədris prosesin təbiət fənlərindən, texnologiyadan, mühəndislik və riyaziyyatdan qazanılmış bilik və bacarıqlar inteqrasiya edilərək onlardan kompleks şəkildə istifadə olunur.STEM abbreviaturasınınaçılışı    Science (elm) ,Tecnology  (texnologiya),   Engineering  (mühəndislik),     Mathematic  (riyaziyyat)  sözlərininingilisdilindəbaş hərflərindən alınan qısaltmadır.

STEM yanaşmada əsas ideya odur ki, həm nəzəri biliklər, həm də praktik bacarıqlar vacib sayılır. Bu yanaşma yalnız təlim metodu yox, həm də düşünmə tərzidir. STEM təhsil mühitində şagirdlər müxtəlif elm sahələrindən biliklər əldə edir və dərhal da həmin bilikləri tətbiq etməyi öyrənirlər. STEM yanaşma  təhsildə və  təlimdə baxışları dəyişdirir. Burada təhsilalanların praktik bacarıq va qabiliyyətlərindən istifadə olunur. Təlim prosesində onlar öz yaradıcı potensialını inkişaf etdirir. Yoldaşları ilə birlikdə işləməyi, verilən faydalı işi yerinə yetirməyi öyrənirlər.